![U-18 qız millimiz Avropa çempionatında mübarizəyə başlayır](https://ww3.apasport.az/storage/news/2024/july/22/big/669e80ab5c0c4669e80ab5c0c51721663659669e80ab5c0c2669e80ab5c0c3.jpg)
23-28 iyul Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionun oyunları baş tutacaq.
Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış qızlarımız, Albaniya, Gürcüstan və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 23 iyul Bakı vaxtı ilə saat 19:00-da Albaniya yığmasına qarşı olacaq. Qızlarımız növbəti qrup oyunlarını, 24 iyul saat 19:00-da Gürcüstan və 25 iyul saat 16:30-da Ermənistan seçmələrinə qarşı keçirəcəkdir.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.