Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində
13.07.2025 - 19:54
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində bu gün növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, 1/4 finalda Çin millisi ilə qarşılaşan komandamız 21:17 hesabı ilə qalib gəlib.
Yarımfinalda qızlarımızın rəqibi yerli "Rapid Buxarest" komandasıdır.
Dünya Qadın Seriyası
18:50. Azərbaycan – Çin 21:17
Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.
- Lautaro Martinez ən yaxşı adına layiq görülüb
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- Siril Qeyn Coş Hokiti məğlub edərək çempionluq titulunu qorudu
- “Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə edib
- "Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir
0
0