Yığmamız yoxlama oyunları keçirəcək
02.06.2025 - 22:28
Dünən 18 yaşadək oğlan basketbolçulardan ibarət yığmasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışını start götürüb.
Apasport.az xəbər verir ki, hazırlıq çərçivəsində millimiz bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Anar Sarıyevin rəhbərlik etdiyi komandanın toplanışda əsas məqsədi 25 iyul - 3 avqust tarixlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, millimizin ilk təlim-məşq toplanışı iyunun 12-də yekunlaşacaq.
- Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
- “Qalatasaray” xeyriyyə matçında "Qarabağ"a qalib gəldi - YENİLƏNİB
- Cüdoçularımız dünya çempionatında mübarizə aparacaq
- İkinci Liqa: Turun bütün görüşləri eyni gündə baş tutacaq
0
0