2 günlə ələ keçən REKORD
24.11.2022 - 23:57
![2 günlə ələ keçən REKORD](https://ww3.apasport.az/storage/news/2022/november/24/big/637fcce3b23b5637fcce3b23b61669319907637fcce3b23b3637fcce3b23b4.jpeg)
Təcrübəli müdafiəçi Dieqo Qodin dünya çempionatlarında forma geyinən ən yaşlı uruqvaylı futbolçu olub.
Apasport.az saytı xəbər verir ki, "Veles Sarsfild"in üzvü Cənubi Koreya ilə DÇ-2022-nin ilk tur matçında meydana çıxaraq rekordçuya çevrilib.
36 yaş 281 günlük olarkən yığmada çıxış edən Dieqo Qodin həmvətəni Odbulio Xasintonu 2 gün qabaqlayıb. Bu futbolçu 1954-cü il mundialında 36 yaş 279 günlə tarixə düşmüşdü.
Qeyd edək ki, Uruqvay - Cənubi Koreya matçında qapılara qol vurulmayıb.
0
0