![2 milyonluq mərc və 4 milyonluq UDUŞ](https://ww3.apasport.az/storage/news/2022/november/29/big/6385ee868b9dc6385ee868b9dd16697217346385ee868b9d76385ee868b9d9.webp)
Qətərdə keçirilən dünya çempionatı daha bir proqnozsevəri sevindirib.
Apasport.az saytının məlumatına görə, Rusiyada bir better qrup mərhələsinin II turunda İspaniya ilə Almaniya arasında keçirilən matçdan qazanc götürüb.
Həmin şəxs İspaniya 1:0 hesabı ilə öndə olarkən 75-ci dəqiqədə Almaniyanın uduzmayacağına 1 milyon rubl qoyuluş edib. Proqnozsevər 79-cu dəqiqədə eyni nəticəyə daha 1 milyon rubl “atıb”. Qarşılaşmanın 83-cü dəqiqəsində Bundestim bərabərlik topunu vurmaqla həmin şəxsə 3 milyon 990 min rubl, yəni 111 min 321 manat qazandırıb.
Qeyd edək ki, İspaniya – Almaniya oyunu 1:1 hesabı ilə yekunlaşıb.