2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
24.07.2024 - 15:21
Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 142-ci sessiyasında qəbul olunub.
IOC yarışların Fransa Alplarında keçirilməsinə qərar verib. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.
Qeyd edək ki, Fransa bu il “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.
- Federasiya prezidenti: “Diqqətləri özümüzə cəlb edə bilmişik”
- Avropada gecənin sürprizi: San Marino
- “Gəncə”nin baş məşqçisi: “Ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq”
- Samir Abasov: “Bu işi davam etdirəcəyik”
- Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO
0
0