Abdullah Zubir: “Bakıya yaxşı nəticə ilə qayıdacağıq”
18.08.2025 - 21:43
UEFA Çempionlar Liqası pley-off mərhələsində "Ferentsvaroş" "Qarabağ"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, matçdan öncə təmsilçimizin futbolçusu Abdullah Zubir mətbuat konfransında iştirak edib.
“Ferentsvaroş”un əzmkar və iddialı olduğunu bilirik. Daha əvvəl onlara qarşı oynamışıq. Matça hazırıq və inanıram ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq”.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə ayın 27-də Bakıda baş tutacaq.
- “Fənər”in futbolçusu millidə fərqləndi - KÜNC ZƏRBƏSİNDƏN BİRBAŞA
- Okan Buruk: "Məqsədimiz Avropa Liqasını qazanmaqdır"
- “Napoli” İsveçrəli futbolçunu transfer edib - Rəsmi
- Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazanıb - FOTO
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
0
0