Mərakeş millisi Afrika Millətlər Kubokunda məğlubiyyətsiz seriyasını davam etdirir.
Apasport.az xəbər verir ki, turnirin qrup mərhələsində artıq iki oyun keçirən Mərakeş yığması bir qələbə və bir heç-heçə əldə edib. Bu nəticələr komandanın Afrika Millətlər Kubokunun final mərhələsindəki məğlubiyyətsiz seriyasını 13 oyuna çatdırıb ki, bu da kollektiv üçün şəxsi rekord sayılır.
13 qarşılaşmanın 10-da qələbə, 3-də isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, son illərdə güclü heyətə və stabil oyuna baxmayaraq, Mərakeş millisi Afrika Millətlər Kubokunu 1976-cı ildən bəri qazana bilməyib. Həmin titul indiyədək yığmanın turnirdəki yeganə çempionluğu olaraq qalır.
- Millimizin üzvü oynadı, komandası bir xal qazandı
- Macarıstan, Slovakiya və Serbiya AVRO-2024-ün bir addımlığında
- "Kəpəz" gətirdi, Azərbaycandan istədilər, Maltaya getdi - ÖZƏL
- Saşa İliç: "Azərbaycan Premyer Liqası çətin çempionatdır"
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub