AL: "Aston Villa" çempion! - YENİLƏNİB
21.05.2026 - 01:04
AL: "Aston Villa" çempion! - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında 2025/26 mövsümünə yekun vurulub. 

Apasport.az xəbər verir ki, turnirin final matçında Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” klubları üz-üzə gəliblər.

Türkiyədə, Tüpraş Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. 

İngiltərə təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək qitənin 2-ci dərəcəli turnirini çempion kimi başa vurub. 

UEFA Avropa Liqası
Final

23:00. "Frayburq" - "Aston Villa" 0:3