Amputant futbolu üzrə Millətlər Liqasının bəzi oyunları Bakıda keçiriləcək
08.10.2025 - 13:55
Amputant futbolu üzrə Millətlər Liqasının oyunları davam edir.
Apasport.az xəbər verir ki, turnirin “C” qrupunun oyunları Bakıda keçiriləcək.
Açılış mərasimi oktyabrın 17-si saat 11:30-da ASCO Arenada (Bayıl stadionu) baş tutacaq. Oyunlar 17–19 oktyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, turnirin Azərbaycanda təşkili ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması və minadan zərərçəkən şəxslərin idman vasitəsilə bir araya gəlməsi baxımından böyük əhəmiyyət daşıyır.
- Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- Elmar Baxşıyev: "Özümü Kaxaberlə müqayisə etmək istəmirəm"
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- “Cəbrayıl” uduzdu, Turaldan penta-trik
- Azərbaycan Kuboku: 2025/26 mövsümünün tam təqvimi açıqlanıb
0
0