Argentina polisi dünya çempionatında qələbə şərəfinə Argentina milli komandasının çempionluq paradı vaxtından əvvəl başa çatdıqdan sonra Buenos Ayres küçələrindən azarkeşləri dağıtmağa başlayıb.
Apasport.az xəbər verir ki, Argentina paytaxtının küçələrinə 4 milyona qədər insan toplaşıb, nəticədə hərəkət iflic olub.
Futbolçular çempionluq paradının yalnız bir hissəsini avtobusla gəzə biliblər. Bundan sonra qeyd etmənin dayandırılması qərara alınıb. Milli komandanın futbolçuları helikopterlərlə təxliyə edilib.
Hüquq-mühafizə orqanlarının vəzifəsi magistral yolu insanlardan təmizləməkdir. Komandanın qələbəsini mərkəzi meydanda qeyd edən azarkeşlərə isə toxunulmayacaq.
- Azərbaycanlı dünya çempionu: "FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi"
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Boksçularımızdan Millətlər kubokunda 11 medal
- “Qalatasaray” onunla müqaviləni yeniləyəcək
- Olimpiadada son medal şansımız: Günün proqramı