"Arsenal" derbini qazandı və "Siti" ilə xalq fərqini 8-ə çatdırdı
15.01.2023 - 22:42
İngiltərə Premyer Liqasının XX turu çərçivəsində baş tutan London derbisini "Arsenal" qazanıb.
Apasport.az xəbər verir ki, "Arsenal" səfərdə əzəli rəqibi "Totenhem"i 2:0 məğlub edib.
Bukayo Saka və Martin Ödeqorun ilk hissədə vurduğu qollar "Arsenal"a növbəti qələbəsini qazandırıb.
Beləliklə, turnir cədvəlinə başçılıq edən "Arsenal" xalını 47-ə qaldırıb və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal qabaqlayıb. "Totenhem" isə 33 xalla 5-ci sırada qalıb.
- "Mançester Siti"də müqavilə imzalandı
- "Neftçi"nin baş məşqçisi: "Sabah" - "Qarabağ" oyununda heç-heçə bizə sərf edər" - MÜSAHİBƏ
- Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”
- Millimizin baş məşqçisi: "Çox güclü qrupda mübarizə aparacağıq"
- “Liverpul” PSJ-nin futbolçusunu 160 milyona transfer etmək istəyir
0
0