"Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
02.01.2023 - 21:21
Birminqem Rayon Məhkəməsi "Liverpul"un sabiq yarımmüdafiəçisi Cermeyn Penantı müflis elan edib.
Apasport.az xəbər verir ki, ipoteka ödənişlərini ödəməməsi də daxil olmaqla Penantın 1 milyon funt-sterlinq borcu var.
39 yaşlı Penantın əmlakının müsadirə olunacağı bildirilir.
Qeyd edək ki, Cermeyn Penant “Arsenal”, “Birminqem”, “Stok Siti” klublarında da oynaması ilə tanınır. O, İngiltərənin gənclər yığmasında çıxış edib.
- "Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalanıb
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar
- Hansı oyun, hansı kanalda? - TV AFİŞA
- Birinci Liqada V turun oyun cədvəli bəlli olub
0
0