İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, final matçı Slovakiyada keçirilib.
Qaliblərin qollarını Harvi Elliott (5-ci dəqiqə), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib.
Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.
İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə komandası finalda ispanları məğlub edib (1:0).
Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya komandalarıdır. İngiltərə komandası dördüncü, almanlar üç dəfə kuboku qazanıb.
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi
- “Aris”in futbolçusu: “Neftçi” ilə meydanda işi bitirmək qalır”
- “Abşeron” finala yüksəldi
- "Mançester Yunayted" qapıçısını göndərdi