![Avropa Liqası: "Mançester Yunayted" qələbəni qoruya bilmədi](https://ww3.apasport.az/storage/news/2023/april/14/big/64386df0d323064386df0d3231168141976064386df0d322e64386df0d322f.jpg)
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçirilib.
Apasport.az xəbər verir ki, mərhələnin maraqla gözlənilən oyunu Mançesterdə baş tutub. Meydan sahibləri ardıcıl 3-cü dəfə İspaniya təmsilçisi ilə qarşılaşıb. "Qırmızı şeytanlar" ilk hissədən sonra hesabda 2:0 öndə olsalar da, qələbəni qoruyub saxlaya bilməyiblər.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
"Mançester Yunayted" (İngiltərə) – "Sevilya" (İspaniya) 2:2
Qollar: Zabitser, 14. 21 – Malasia, 84 (öz qapısına). Maquayr, 90+2
"Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) 1:0
Qol: Qatti, 73
"Bayer" (Almaniya) – "Yunion" (Belçika) 1:1
Qollar: Virts, 82 – Bonifeys, 51
Qeyd edək ki, daha əvvəl bu mərhələnin ilk matçında "Feyenoord" "Roma"nı Rotterdamda 1:0 məğlub etmişdi.