Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ”ın rəqibi olan “Ayaks” Bakıya bu gün gələcək.
Apasport.az xəbər verir ki, avrokubok iştirakçıları səfər matçlarına adətən bir gün əvvəl yollansa da, Niderland klubu fərqli addım atıb.
Bunu komandanın baş məşqçisi Françesko Farioli istəyib. Mütəxəssis iki səbəbi əsas gətirərək Azərbaycana görüşdən iki gün əvvəl gəlməyi məqsədəuyğun sayıb. “Ayaks”ın baş məşqçisi ümumilikdə 7 saatlıq səfəri və Amsterdamla Bakı vaxtı arasındakı fərqi nəzərə alıb. Belə ki, hazırda iki şəhər arasında 2 saatlıq fərq var və futbolçular da buna uyğunlaşmalıdır.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq.
- Samir Ələkbərov: "Gələcək nəsil sabah gorumuza söyəcək" - "Ofsayd"
- "Legioner limitini danışmaqdansa, uşaq futboluna baxmalıyıq" - Rahid Əmirquliyev
- Portuqaliya dünya çempionu olsa, Ronaldo karyerasını bitirəcək
- "Kəpəz" Azərbaycan çempionatlarında 250-ci məğlubiyyətini alıb
- “Beşiktaş”da skandal – 3 min futbolçunun datası silindi