Azərbaycan millisi Haitiyə qarşı - YENİLƏNİR
26.10.2026 - 14:44
Azərbaycan millisi Haitiyə qarşı - YENİLƏNİR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz Haiti seçməsini sınağa çəkəcək.

Famil Xəlilovun yetirmələri saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.

Görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Qeyd edək ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.