Çempionlar Liqası: "Real" və "Napoli" səfərdə sevindi
22.02.2023 - 01:57
![Çempionlar Liqası: "Real" və "Napoli" səfərdə sevindi](https://ww3.apasport.az/storage/news/2023/february/22/big/63f5440d1437263f5440d14373167701812563f5440d1437063f5440d14371.jpg)
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Real" 0:2 uduzduğu "Liverpul"a 5 qol vuraraq 5:2 qalib gəlib. İtaliya çempionatının lideri "Napoli" də növbəti mərhələnin qapısını aralayıb. Neapol təmsilçisi Frankfurtda "Ayntraxt"ı 2:0 məğlub edib.
Qeyd edək ki, pley-offun ilk oyunları çərçivəsində daha 2 matç keçiriləcək. Bunlar "İnter" – "Portu" və "Leypsiq" – "Mançester Siti" matçlarıdır.
0
0