Çempionlar Liqası: “Sabah” Çexiya klubuna qarşı - YENİLƏNİR
13.10.2026 - 20:46
Çempionlar Liqası: “Sabah” Çexiya klubuna qarşı - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. “Slaviya” isə doğma meydanda Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)

Baş hakim: Sebastyan Qishamer (Avstriya)

Bakı Olimpiya Stadionu

"Sabah": 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 3. Stiv Solvet, 4. Eyden Makarti, 80. Akim Zedadka, 7. Umarali Rahmonaliyev, 13. İvan Lepinitsa, 37. Du Keyroş, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulah Xaybulayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina

Baş məşqçi: Valdas Dambrauskas

"Slaviya": 35. Yakub Markoviç, 4. David Zima, 6. Anje Nqessan, 3. Tomaş Holeş (k), 10. Daniyel Şturm, 23. Mixal Sadilek, 16. David Mozes, 27. Tomaş Viçek, 20. Emmanuel Ayaosi, 17. Lukaş Provod, 25. Tomaş Çori

Ehtiyat oyunçular: 29. nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Çitil, 14. Samuel isife, 22. Tumani Diakite

Baş məşqçi: Yindrix Trpişovski