UEFA Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior layiq görülüb. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.
Braziliyalı futbolçu başa çatan mövsümdə Çempionlar Liqasında 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- ÇL-də günün nəticələri: "Bavariya" və PSJ-dən qələbə - YENİLƏNİB
- “Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB
- Elmar Baxşıyev: “Komanda istədiyimi meydanda verdi”
- İslam Oyunları: Təmsilçimiz yarımfinala vəsiqə qazanıb