Cənubi Koreya millisinin baş məşqçisi: BUNU ÇOX NARAHATEDİCİ HESAB EDİRƏM
18.06.2026 - 19:25
Cənubi Koreya millisinin baş məşqçisi: BUNU ÇOX NARAHATEDİCİ HESAB EDİRƏM

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myun Bo komandanın məşqi zamanı yaşanan hadisədən narazılığını bildirib.

Apasport.az xəbər verir ki, mütəxəssis hazırlıq prosesində millinin üzərində dron uçurulduğunu açıqlayıb.

O, hadisənin taktiki məşqə keçməzdən əvvəl baş verdiyini və buna görə komanda üçün ciddi təsir yaratmadığını deyib:

“Dünən məşq zamanı üzərimizdə dron uçurulduğunu gördük. Xoşbəxtlikdən, bu, taktiki məşqə keçməzdən əvvəl baş verdi. Buna görə də böyük təsir yaratmadı. Amma matça hazırlaşdığımız ən kritik anlarda belə hadisənin yaşanmasını çox narahatedici hesab edirəm”.

Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatında A qrupunda Meksika, CAR və Çexiya ilə mübarizə aparır.