ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
17.04.2025 - 10:52

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Apasport.az xəbər verir ki, bu ada “İnter”dən Lautaro Martines, Dortmund “Borussiya”sından Seru Qirassi, PSJ-dən Osman Dembele və “Arsenal”dan Deklan Rays namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
0
0