ÇL: Həftənin ən yaxşısı bəlli olub
26.02.2026 - 19:37
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Atletiko"da çıxış edən Aleksandr Sörlot layiq görülüb.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Norveçli forvard səsvermədə Peter Hage ("Bodo-Qlimt"), Orelyen Çuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.
Qeyd edək ki, Sörlot "Atletiko"nun "Brügge"ni 4:1 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vurub.
0
0