DÇ-2022: Almaniya millisində itki
10.11.2022 - 12:53
![DÇ-2022: Almaniya millisində itki](https://ww3.apasport.az/storage/news/2022/november/10/big/636cbc2f0c07e636cbc2f0c07f1668070447636cbc2f0c079636cbc2f0c07b.jpg)
Almaniya yığması dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Roys sıradan çıxıb.
Ulduz futbolçu topuğundakı zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Noyabrın 5-də Bundesliqanın XIII turunda “Boxum”la (3:0) görüşdə zədələnən 33 yaşlı hücumameyilli oyunçunun mundiala hazır olmayacağı açıqlanıb.
Qeyd edək ki, Almaniya yığması DÇ-2022-nin E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.
0
0