DÇ-2022: Ən gənc futbolçular açıqlandı
15.11.2022 - 17:17
DÇ-2022-nin ən gənc futbolçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Qətərdə keçiriləcək mundialın ən azyaşlı oyunçusu Yussuf Mukokodur.
Dünya çempionatının açılışının gerçəkləşəcəyi noyabrın 20-də Almaniya millisinin üzvünün 18 yaşı tamam olacaq. Avstraliya yığmasının hücumçusu Qaranq Kuol 18 yaşını sentyabrın 15-də qeyd edib.
İlk “üçlüy”ü Pedri qapayır. İspaniya millisinin yarımmüdafiəçisi avqustun 6-da 18 illiyini tamamlayıb.
Qeyd edək ki, noyabrın 20-də başlayacaq mundial dekabrın 18-də yekunlaşacaq.
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
- “Milan” Tonalinin əvəzinə onu gətirir
- Depay Van Persiyə çatdı - 50 qol
- “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq
- TRT-dən mundialdakı kuryoz səhvə görə üzrxahlıq: Şərhçi yayım qrupundan uzaqlaşdırıldı
0
0