DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi
21.11.2022 - 09:48
![DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi](https://ww3.apasport.az/storage/news/2022/november/21/big/637b1141b3261637b1141b32621669009729637b1141b325e637b1141b325f.webp)
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.
“Buğalar”ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.
Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.
0
0