DÇ-2026: İran püşkatma mərasimindən imtina etdi
28.11.2025 - 13:56
İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi dövlət televeziyasına açıqlamasında bildirib.
Buna səbəb ABŞ-nin İrandan olan idmançılara tətbiq etdiyi viza məhdudiyyətləridir. O, məhdudiyyətləri qeyri-idman xarakterli hesab etdikləri üçün belə addım atdıqlarını söyləyib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.
0
0