2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0.
31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb.
2 dəqiqə sonra Belçika yenidən hesabda önə keçib. De Ketelare bu dəfə başla fərqlənərək özünün və komandasının 2-ci qolunu vurub.
İlk hissə Belçikanın üstünlüyü ilə başa çatıb: 2:1.
57-ci dəqiqədə avropalılar 3-cü qolu vurub. Vanaken hesabı 3:1 edib.
Oyunun son dəqiqələrində hesab 4:1 olub. Romelu Lukaku topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.
Matçda başqa qol olmayıb və Belçika millisi adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
7 iyul
04:00. ABŞ – Belçika 1:4
Qol: De Ketelare, 9, 33, Tillman, 31, Vanaken, 57, Lukaku, 90+3
ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Makkenni, Adams, Tillman, Dest, Baloqun, Pulişiç
Belçika: Kurtua, De Küyper, Nqoy, Meşele, Kastan, Onana, Raskin, Tilemans, Trossard, De Ketelare, Lukebakio
- “Azərreyl” və “Murov Az Terminal” yarımfinala yüksəldi
- Qalmaqallı həyat, tez-tez iş yeri dəyişən və təzminatla “Neftçi”də
- "Arsenal"dan rekord - 7 oyundur məğlub olmurlar
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- Nağıyev: “Bu, məni Azərbaycan millisinə aparsa, xoşbəxt olaram” - MÜSAHİBƏ