DÇ matçında qəribə hadisə: Meydanda su borusu partladı
17.06.2026 - 17:08
DÇ matçında qəribə hadisə: Meydanda su borusu partladı

Futbol üzrə dünya çempionatında bu gün keçirilən oyunlardan biri qəribə hadisə ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, İraq – Norveç matçında gözlənilməz hadisə yaşanıb.

Qarşılaşma zamanı meydançanın mərkəzindən keçən su borusu partlayıb. Hadisə rəsmilərdə qısa müddətlik çaşqınlıq yaradıb.

Buna baxmayaraq, görüş baş tutub və Norveç millisi İraq üzərində 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qarşılaşma DÇ-2026-nın I qrupu çərçivəsində keçirilib.