Di Mariya “Yuventus”u tərk edəcək
25.05.2023 - 21:08
“Yuventus” Anhel Di Mariyanın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az saytı xəbər verir ki, komanda argentinalı futbolçu ilə yolları ayıracaq.
Az əvvəl tərəflər arasında müqavilə müddətinin artırılması barədə razılıq əldə edilsə də, “Yuventus” strategiyanı dəyişib. Hesabından xal silinən və Avropa kuboklarında iştirakı sual altına düşən klub rəhbərliyi yeni transfer layihəsi hazırlayacaq.
Qeyd edək ki, ötən yayda “Yuve”yə keçən Di Mariya A seriyasında 4 qol və 4 ötürmə ilə yadda qalıb.
- "Qarabağ" və Türkiyə klublarının oyunları 4 kanalda yayımlanacaq
- Ronaldudan növbəti HET-TRİK
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə
- Canni de Byazi: "İnkişafı hiss etmiriksə, demək görmək istəmirik" - MÜSAHİBƏ
0
0