“Dinamo” Sumqayıtda xalsız qaldı
03.10.2024 - 22:50
![“Dinamo” Sumqayıtda xalsız qaldı](https://ww3.apasport.az/storage/news/2024/october/03/big/66fe830b38a1e66fe830b38a1f172795572366fe830b38a1c66fe830b38a1d.jpg)
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gəliblər.
Görüş minsklilərin üstünlüyü ilə başlayıb. Lakin qonaqlar oyunda dönüş yaradaraq 2:1 hesablı qələbə qazanıb.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçirilib.
0
0