“Mən fransızam, Fransada doğulmuşam, Fransa pasportum var, amma sabah, üzr istəyirəm, Mərakeş komandasına azarkeşlik edəcəyəm".
Apasport.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar deyib.
O, Fransa və Mərakeşin qarşılaşacağı DÇ-2022-nin yarımfinalında Afrika yığmasına dəstək verəcəyini etiraf edib. 2016-2019-cu illərdə Mərakeş millisinə rəhbərlik etmiş Renar bunun səbəbini belə izah edib:
"Çünki bu ölkədə insanlar mənə təsəvvür edə bilməyəcəyiniz qədər sevgi bəxş ediblər. Onlara ən yaxşısını arzulayıram. Qətərdə keçirilən bu dünya çempionatı Afrika və təbii ki, Mərakeş futbolu üçün xüsusi olaraq qalacaq”.
Qeyd edək ki, Mərakeş dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandasıdır.
- “Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq
- Cüdoçularımız Türingiya Kubokunda 6 medal qazanıb - FOTO
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Konfrans Liqası: “Qəbələ”nin bəxtinə “Fehervar” düşdü
- Əfran İsmayılov: “Mümkün rəqiblərin hamısı potensial təhlükədir”