Fatih Terimin komandası yarımfinalda
07.01.2025 - 01:11
![Fatih Terimin komandası yarımfinalda](https://ww3.apasport.az/storage/news/2025/january/07/big/677c46f81b96e677c46f81b96f1736197880677c46f81b96c677c46f81b96d.webp)
Səudiyyə Ərəbistanında Kral Kubokunun matçları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə start verilib.
Fatih Terimin baş məşqçisi olduğu "Əl-Şabab" "Əl-Feyha" ilə qarşılaşıb.
Görüş türkiyəli mütəxəssisin komandasının qələbəsi ilə nəticələnib. 2:1 hesablı qalibiyyətə sevinən "Əl-Şabab" adını yarımfinala yazdırıb.
Səudiyyə Ərəbistanı
Kral Kuboku, 1/4 final
"Əl-Şabab" - "Əl-Feyha" 2:1
"Əl-Reyd" - "Əl-Cəbalayn" 1:1, pen. 4:3
0
0