Fəridə Lütfəliyeva UEFA-dan 3 təyinat alıb
01.04.2026 - 16:24
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
Apasport.a xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
- UEFA Superkuboku uğrunda oyunu idarə edəcək hakimin adı bilindi
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- Rui Jorje: “Məqsədimiz inkişaf etməkdir”
- Qurban Qurbanov: “Onlara 10 bal verərdim” - MÜSAHİBƏ
- "Neftçi" kubok oyununun hazırlığını başa vurub - FOTO
0
0