Fransa millisinin futbolçuları tarixə düşdü
04.12.2022 - 20:09
![Fransa millisinin futbolçuları tarixə düşdü](https://ww3.apasport.az/storage/news/2022/december/04/big/638cc68996c5a638cc68996c5b1670170249638cc68996c58638cc68996c59.jpg)
Fransa millisinin futbolçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya qol vurmaqla tarixə düşüb.
Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu 44-cü dəqiqədə fərqlənməklə millidə 52-ci qolunu vurub.
Bu göstərici ilə o, 51 qol vurmuş Tyeri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu olub. Jiru hazırda 3 qolla mundialın da ən sərrast 7 futbolçusundan birinə çevrilib.
Bundan başqa, Antuan Qrizmann Fransa millisinin ardıcıl 71 matçında forma geyinən ilk futbolçu adını qazanıb. O, 2017-ci ildən etibarən Fransa millisinin bütün oyunlarında iştirak edib.
0
0