![Fransa millisinin Niderlandla oyun üçün heyəti bəlli oldu](https://ww3.apasport.az/storage/news/2023/march/16/big/64134577124016413457712402167898456764134577123ff6413457712400.jpg)
Fransa millisinin AVRO-2024-ün seçmə mərhələsinin qarşıdakı oyunları üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, Didye Deşamın komandası martda Niderland və İrlandiya ilə qarşılaşacaq. Qarşılaşmalar martın 24 və 27-də keçiriləcək.
Qapıçılar: Alfons Areola ("Vest Hem", İngiltərə), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Lans");
Müdafiəçilər: Eduardo Kamavinqa (“Real Madrid”), Uesli Fofana (“Çelsi”), Teo Ernandes (“Milan”), İbrahim Konate (“Liverpul”), Jül Kunde (“Barselona”), Benjamin Pavard (“Bavariya”) Uilyam Saliba (“Arsenal”), Dayo Upamekano (“Bavariya”);
Yarımmüdafiəçilər: Yusuf Fofana (Monako), Adrien Rabiot (Yuventus), Aurelien Tchouameni (Real Madrid), Kefren Thuram (Nitsa), Jordan Veretout (Marsel);
Hücumçular: Kinqsli Koman (Bavariya), Mussa Diabi (Bayer Leverkuzen), Olivye Jiru (Milan), Antuan Qrizmann (Atletiko Madrid), Randal Kolo-Muani (Ayntraxt), Kilian Mbappe (PSJ), Markus Turam (Borussiya) .