Futbol üzrə dünya çempionatında iştirak edəcək son 2 komanda da müəyyənləşib.
Apasport.az xəbər verir ki, onların adlarına pley-off matçlarından sonra aydınlıq gəlib.
Konqo Demokratik Respublikası Yamayka ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Afrikalılar Aksel Tuanzebenin vurduğu topla mundiala vəsiqə qazanıblar - 1:0.
İraq isə Boliviya ilə üz-üzə gəlib. Oyunda hesabı Asiya təmsilçisi açıb. Lakin çox keçmədən hesab bərabərləşib. İkinci hissədə Ayman Hüseyinin vurduğu top isə həlledici olub - 2:1
Qeyd edək ki, dünya çempionatının final mərhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
- Cüdo Federasiyası bu il üçün hədəflərini müəyyənləşdirdi - FOTO
- “Qəbələ”nin sabiq futbolçusu: “Kuboku qazanan komandanı saxlasaydılar...” - Müsahibə
- Çalhanoğlu Türkiyə millisinin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib
- Günün oyunları bu kanallarda
- Andrey Lunyov: “Zədəmin nə dərəcədə ciddi olduğunu bilmirəm”