İsveçdən 88 illik rekord
15.06.2026 - 12:28
İsveçdən 88 illik rekord

İsveç millisi DÇ-2026-nın qrup mərhələsinə darmadağınla başlayıb.

Apasport.az xəbər verir ki, F qrupunun I turunda komanda Tunislə qarşılaşıb.

Meksikanın Qvadalupe şəhərindəki “BBVA” stadionunda keçirilən görüş skandinaviyalıların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

İsveç yığması sonuncu dəfə dünya çempionatı matçında 5 qolu 1938-ci ildə vurmuşdu. Beləliklə, komanda mundiallarda 88 ildən sonra bu göstəricini təkrarlayıb.