
Kanada və Panama yığmalarının bu ötən gecə keçirməli olduqları yoxlama oyununun baş tutmama səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, buna səbəb şimali amerikalıların boykotudur.
Futbolçular federasiya ilə fikir ayrılığı üzündən son iki gündə məşq də etməyib və matça da çıxmayıb. Onların əsas tələbi DÇ-2022-yə vəsiqə üçün verilən mükafatın 40 faizinin komanda üzvləri arasında bölüşdürülməsidir.
Futbolçular Qətərdəki mundiala yollanmaq üçün dostları və ailələri üçün xüsusi paket ayrılmasını da istəyib. Onlar qadın yığması üçün bərabər ödənişlər olunması tələbini də irəli sürüb.
- Atletika üzrə Azərbaycan çempionatı start götürəcək
- Avropa Kuboku: "Sabah" Belçika klubu ilə qarşılaşacaq - YENİLƏNİR
- Rimas Kurtinaytis: “Qələbənin açarı müdafiədədir”
- “Qarabağ”, “Neftçi” və “Zirə” mükafatlandırıldı - FOTOLENT
- Fərid Qayıbov “Gənc idman liderləri” proqramının iştirakçıları ilə görüşüb