"Zirə" bu gün Konfrans Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanda "Torpedo" ilə üz-üzə gəlib.
"Şengeliya Arena"da oynanılan matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Oyunda hesabı təmsilçimiz açıb. 25-ci dəqiqədə Eren Aydın fərqlənib: 1:0.
39-cu dəqiqədə "Zirə" fərqi artırıb. Amin Seydiyev dəqiq oynayıb.
70-ci dəqiqədə Eren Aydın özünün ikinci, komandasının üçüncü qolunu vurub: 3:0.
Bu nəticədən sonra təmsilçimiz adını növbəti mərhələyə yazdırıb.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda da "Zirə" 3 cavabsız qolla qələbə qazanıb.
Komandamız Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" klubu ilə qarşılaşacaq.
20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) 0:3
Qol: E. Aydın, 25, 70, A. Seydiyev, 39
Baş hakim: Mihali Kapray
İlk oyun - 0:3
"Torpedo" (Kutaisi):
Qoşadze, Kuprava, Latsabidze, Simiç, Stamatov, Bukia, Mamukaşvili, Skorup, Arabidze, Andriç, Felipe Pires.
"Zirə":
Bayramov, Əliyev, Ruan Renato, Mutsinzi, Seydiyev, Vieirinya, Quima, Konate, Martins Junior, Volkov, Eren Aydın.
- Azərbaycan Bəhreynə 160 idmançı ilə yollanacaq
- Şahruddinin komandası məşhur futbolçu ilə yollarını ayırdı
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
- Mingəçevirdə yeni sərbəst güləş zalı istifadəyə verilib
- "Fənərbaxça" Portuqaliya millisinin üzvü ilə maraqlanır