![London klubu Argentina millisinin futbolçusunu istəyir](https://ww3.apasport.az/storage/news/2022/december/14/big/6399fe6b79e756399fe6b79e7616710365236399fe6b79e706399fe6b79e72.jpg)
Argentina millisinin və İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Aleksis Makalister karyerasını “Totenhem”də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi DÇ-2022-dəki oyunu ilə London klubunun rəhbərliyini heyran edib. "Totenhem"in idarəedici direktoru Fabio Paratiçi artıq Makalisterin alınmasını təsdiqləyib.
Yarımmüdafiəçi bu mövsüm "Brayton"da 14 oyuna çıxıb və 5 qol vurub. "Transfermarkt" portalına görə, bu futbolçunun dəyəri 32 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, 23 yaşlı irland əsilli futbolçu millinin heyətində dünya çempionatında 5 görüşdə iştirak edib və 1 qol vurub.