Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”
09.06.2025 - 21:26
Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”

Macarıstaan millisinin futbolçusu Loik Neqo Azərbaycan yığması ilə yoldaşlıqq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Apasport.az 34 yaşlı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah necə oyun gözləyirsiz? 
- Bizim üçün vacib oyundur. Yoldaşlıq oyunu deyilən bir anlayış yoxdur. Bura öz işimizi görməyə gəlmişik.

- Rəsmi matçlardan öncə son yoldaşlıq oyunudur. Sabah nəticə önəmlidir? 
- Həmişə belə olub. Bizim üçün nəticə önəmlidir. Hər zaman qələbə qazanmaq istəyirik. Qalib gəlmək üçün meydanda düzgün işlər görmək lazımdır.