"Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir
27.12.2022 - 21:44
!["Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir](https://ww3.apasport.az/storage/news/2022/december/27/big/63ab326d171ae63ab326d171af167216394963ab326d171aa63ab326d171ac.jpg)
"Mançester Yunayted" vinger Kodi Xakponu icarəyə götürməyi düşünür.
Apasport.az xəbər verir ki, mankunianlılar hollandiyalı futbolçunu yaya qədər icarəyə götürmək və sonra onu almaq variantın; nəzərdən keçirib.
Ancaq bu, futbolçunun məxsus olduğu PSV-yə qışda futbolçunun "Liverpul"a satılması qədər cəlbedici görünmür.
Qeyd edək ki, Kodi Xakponun mersisaydlılara transferi nəticəsində PSV-nin minimum 37 milyon funt-sterlinq alacağı bildirilir.
0
0