Bu gün DÇ-2022-də 1/8 finalın son oyunlarına start verilib.
Apasport.az saytının məlumatına görə, mundialın 17-ci günü Mərakeş – İspaniya matçı ilə başlayıb.
Xorvatiya və Belçika kimi rəqiblərlə eyni qrupda birinci yeri tutan afrikalılar növbəti sensasiyanı gerçəkləşdirib. Əsas və əlavə vaxtda qolsuz heç-heçəyə nail olan Afrika ərəbləri penaltilərdə "Sevilya"nın mərakeşli qapıçısı Yassin Bonunun 2 penalti zərbəsini qaytarması (daha 1 top dirəkdən qayıdıb) sayəsində 1/4 finala adlayıblar. Bununla da Mərakeş tarixində ilk dəfə mundialın 1/4 finalına vəsiqə qazanıb. İspaniya isə 2018-ci il mundialında olduğu kimi, 1/8 finalda penaltilər hesabına mübarizəni dayandırıb (onda meydan sahibi Rusiya onları kənarlaşdırmışdı).
Mərakeşin rəqibi günün son matçında bəlli olacaq. Həmin görüşdə Portuqaliya və İsveçrə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın əvvəlki üç günündən sonra 1/4 finalın Niderland – Argentina, Fransa – İngiltərə və Xorvatiya – Braziliya cütləri dəqiqləşib.
DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş – İspaniya - 0:0 (penaltilər – 3:0)
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
- "Sumqayıt"ın futbolçusu 5 oyunluq cəzalandırılıb - HAKİMİ TƏHQİR ETDİYİNƏ GÖRƏ
- Hüseynov oynadı, komandası 1 xal qazandı
- Messi məşqlərə başladı
- İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar - FOTO