Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin III turunda İordaniya ilə matça start heyətində başlamayacaq.
Apasport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin iddiasına görə, baş məşqçi Lionel Skaloni komandanın qrupda lider olmasını nəzərə alaraq, daha az oyun şansı qazanan futbolçulara fürsət vermək niyyətindədir. Bu səbəbdən Messinin görüşə ehtiyat oyunçular skamyasında başlayacağı gözlənilir.
Argentina millisi daha əvvəl Əlcəzairi 3:0, Avstriyanı isə 2:0 hesabı ilə məğlub edib. Komandanın bu oyunlardakı 5 qolunun hamısına Messi imza atıb.
Skaloninin məşqdə müxtəlif hücum variantlarını yoxladığı bildirilir. Lautaro Martines və Xulian Alvaresin İordaniya ilə matça start heyətində başlaması ehtimal olunur. Əsas qapıçı Emiliano Martinesin isə “çərçivə”də yer alacağı gözlənilir.
Qeyd edək ki, Argentina – İordaniya matçı iyunun 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.