![Millətlər Liqası: Türkiyə yığmasının rəqibi bəlli olub - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/november/22/big/674069c1cbdc9674069c1cbdca1732274625674069c1cbdc7674069c1cbdc8.jpg)
Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olub.
B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bəlli olub. “Ay-ulduzlular” bu mərhələdə Macarıstanla qarşılaşacaq.
Qeyd edək ki, oyunlar martda təşkil ediləcək.
Millətlər Liqası
1/4 final cütləri:
Niderland - İspaniya
Danimarka - Portuqaliya
Xorvatiya - Fransa
İtaliya - Almaniya
A/B Liqasının pley-off mərhələsi:
Türkiyə - Macarıstan
Ukrayna - Belçika
Avstriya - Serbiya
Yunanıstan - Şotlandiya
B/C Liqasının pley-off oyunları:
Kosovo - İslandiya
Bolqarıstan - İrlandiya Respublikası
Ermənistan - Gürcüstan
Slovakiya - Sloveniya
C/D Liqasının pley-off mərhələsi:
Cəbəllütariq - Latviya
Malta - Lüksemburq