![Millətlər Liqası: V tura son](https://ww3.apasport.az/storage/news/2022/september/24/big/632ea7011986e632ea7011986f1664001793632ea7011986c632ea7011986d.jpg)
Bu gün Millətlər Liqasında növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bu matçlarla V tura yekun vurulacaq.
Beş qrupda 9 qarşılaşma baş tutacaq. Bu görüşlər üç müxtəlif liqa çərçivəsində təşkil olunacaq.
A liqasında 2-ci qrupun komandaları meydana çıxacaq. Portuqaliya Çexiyanın qonağı olacaq, İspaniya İsveçrəni sınağa çəkəcək.
A liqası, 2-ci qrup
⚽22:45. Çexiya – Portuqaliya
⚽22:45. İspaniya – İsveçrə
B liqası, 1-ci qrup
⚽22:45. Şotlandiya - İrlandiya
⚽17:00. Ermənistan - Ukrayna
B liqası, 2-ci qrup
⚽22:45. İsrail – Albaniya
B liqası, 4-cü qrup
⚽20:00. Sloveniya – Norveç
⚽22:45. Serbiya - İsveç
C liqası, 2-ci qrup
⚽20:00. Şimali İrlandiya – Kosovo
⚽22:45. Kipr - Yunanıstan