Millimiz Qazaxıstana məğlub oldu
04.10.2024 - 21:21
![Millimiz Qazaxıstana məğlub oldu](https://ww3.apasport.az/storage/news/2024/october/04/big/67001e79c6ccb67001e79c6ccc172806104967001e79c6cc967001e79c6cca.jpeg)
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.
0
0