Millimizdən qollu heç-heçə
13.10.2024 - 21:09
![Millimizdən qollu heç-heçə](https://ww3.apasport.az/storage/news/2024/october/13/big/670bfeca30d35670bfeca30d361728839370670bfeca30d2b670bfeca30d34.jpeg)
Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
0
0