Müller Ronaldoya çatdı
11.12.2024 - 12:46
![Müller Ronaldoya çatdı](https://ww3.apasport.az/storage/news/2024/december/11/big/67594fede0d5267594fede0d53173390641367594fede0d5067594fede0d51.jpg)
“Bavariya” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Şaxtyor”u məğlub edib – 5:1.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Tomas Müller bu mövsüm turnirdəki ilk qolunu ukraynalılara vurub. Alman futbolçu turnirdə ardıcıl 16-cı mövsümdə fərqlənməyi bacarıb.
O, bu göstəricidə Kriştiano Ronaldo və Raya Giqqzə çatıb.
Çempionlar Liqasında qol vurulan mövsüm sayına görə birinci sırada iki nəfər var – Lionel Messi və Kərim Benzema. Hər iki oyunçu ardıcıl 18 mövsüm turnirdə fərqlənib.
0
0